Kür çayında batan digər polisin də meyiti tapıldı

Kür çayında batan digər polis də meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, iyulun 2-də Kür çayının Ağstafa rayonu, Saloğlu qəsəbəsindən keçən hissəsində batmış digər 1 nəfərin - 1991-ci il təvəllüdlü Şahlar Ramiz oğlu Mamayevin cəsədi saat bu gün saat 09:27-də Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb.

2 iyul
 
21:38
 
Ağstafada Kür çayında boğulan polis əməkdaşlarından birinin meyiti tapılıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) verdiyi xəbərə görə, Kür çayının Ağstafa rayonu, Saloğlu qəsəbəsindən keçən hissəsində batmış iki nəfərdən biri, 1993-cü il təvəllüdlü Qalib Cəlal oğlu Novruzovun cəsədi saat 20:30-da Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb.
Digər 1 nəfərin axtarışı davam etdirilir.
 
17:38
 
Ağstafada Kür çayında boğulan polis əməkdaşlarının adları məlum olub.
Həmin polis əməkdaşları Ağstafa rayon Zəlimxan kənd sakini 1991-ci il təvəllüdlü Mamayev Şahlar Ramiz oğlu, Qazax rayon Çaylı kənd sakini 1993-cü il təvəllüdlü Novruz Arif Cavad oğludur.
Hazırda dalğıclar Kür çayında Daxili İşlər Nazirliyi Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Ağstafa Xətt Polis Bölməsinin əməkdaşlarının axtarışı ilə məşğuldurlar.
 
saat 17.26
 
Bu gün Ağstafada 2 polis əməkdaşı Kürdə boğulub.
Hadisə Kür çayının rayonun Saloğlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Üç polis əməkdaşı öz peşə bayramlarını qeyd etmək üçün Kürün kənarına gəliblər. Kürdə çimən zaman su axını onları aparıb. Polis əməkdaşlarından 1-i xilas edilib, 2 polis əməkdaşı isə suda boğulub. Hazırda onları meyitləri axtarılır.
Qeyd edək ki, onlar Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Ağstafa Xətt Polis Bölməsinin əməkdaşlarıdır.

apa