Külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

 

Bu barədə Rakurs.tv-yə Daxili İşlər Nazirliyindən məlumat verilib. 

 

Belə ki, Sabirabad rayon Polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş İlqar Qəmbərovun evindən çəkisi 8 kiloqram marixuana götürülüb.

 

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub bölgəsində Regional şöbəsi əməkdaşlarının Lənkəran şəhəri ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Məhəmməd Nəzərovdan 4 qrama yaxın, habelə şəhər ərazisindəki tikililərin birində gizlətdiyi yerdən əlavə 433 qr marixuana götürülüb.

 

Baş Narkotiklərlə Mübarizə İdarəsi və Binəqədi rayon Polis idarəsi 4-cü polis bölməsi əməkdaşlarının rayon ərazisində birgə keçirdikləri tədbirlər nəticəsində saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Adil Heydərovdan 465 qram marixuana aşkar edilib.

 

Sumqayıt şəhər Polis İdarəsi 1-ci polis bölməsinin əməkdaşları tərəfindən Kotec qəsəbə sakini, əvvəllər məhkum olunmuş Mahir Qocayevdən 445 qram marixuana götürülüb.

 

Faktlarla bağlı cinayət işləri başlanılıb.