Kərkükdən 57 min nəfər köç edib

Eastnews.org-un verdiyi xəbərə görə, İraq Kürd Regional Rəhbərliyi (İKRR) Kərkükdə meydana gələn hadisələrdən dolayı 57 min vətəndaşın Ərbil və Süleymaniyyə şəhərlərinə köç etdiyini bildirib.

Bu barədə İKRR Daxili İşlər Nazirliyi nəzdindəki Birgə Böhran Koordinasiya Mərkəzi Twitter hesabından açıqlama verib. Verilən açıqlamada Kərkükdəki hadisələrdən dolayı 16 min ailəni təşkil edən 57 min vətəndaşın Ərbil və Süleymaniyyə köç etdiyi bildirilib. Açıqlamada bəzi ailələrin hələ tamamlanmamış tikinti və dövlət binalarına yerləşdirildiyi, təxirəsalınmaz şəkildə humanitar yardıma ehtiyac duyulduğu qeyd edilib.