Kərkük əməliyyatının sirri: Qasim Süleymani və türkman birliklər

Kərkük əməliyyatının başında İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri, general Qasım Süleymani dayanıb.

Bu barədə Türkiyənin “Axşam” nəşri informasiya yayıb.

Məlumata görə, Kərkük əməliyyatının aparıcı qüvvəsi Haşdi-Şabi qüvvələri təyin edilib. Hücum edəcək qüvvələr sırasına İraq ordusunda xidmət aparan kürd birliklər daxil edilməyib. Əksinə son anda türkmanlardan ibarət dəstələr döyüşə cəlb olunub. İraq və Haşdi-Şabi qüvvələri ABŞ-ın hava hücumundan qorxaraq hava qüvvələrini əməliyyata daxil etməyiblər. Vaşinqtonun vasitəçi kimi çıxış etməyə hazırlaşdığı bir vaxtda ani verilən bir qərarla hücuma başlanılıb və bununla da hər hansı bir əks-həmlənin qarşısı alınıb.

Rakurs TV