Kərbəlada kamikadze hücumu; azı 21 ölü

İraqın Kərbəla şəhərinin yaxınlığında terror aktı baş verib

Bu gün baş verən partlayışın kamikadze tərəfindən törədildiyi bildirilir. Kamikadze hücumu Kərbəla şəhərinin yaxınlığındakı bir marketdə baş verib.

Hücumda azı 21 nəfərin öldüyü bildirilib. Bu barədə İraq təhlükəsizlik qüvvələrindən açıqlama verilib. 

Əl-Musayyib şəhərində kamakidze hücumu zamanı  25 nəfərin də yaralandığı qeyd olunub.

Hücumun məsuliyyətini İŞİD üzərinə götürüb.