Kərbəla şəhərinə raket atılıb

“Al Alam”-a istinadən verilən  xəbərə əsasən, bu barədə məlumatı İraq polisi yayıb. 

Polisinin verdiyi məlumata görə, Kərbəla şəhərinin şimal-şərq hissəsində yerləşən “Nisan 7” məhəlləsinə raketlə hücum edilib.

Raketin kimlər tərəfindən atıldığı məlum deyil. Terror hücumu nəticəsində ölən və yaralananlar barədə məlumat verilməyib.