Kral onu mədh edən köşə yazarını işdən qovdurdu

Səudiyyə Ərəbistanında çıxan “Əl-Cəzirə” qəzetinin köşə yazarı kral Salmanı yalnız Allaha xas ifadələrlə təriflədiyindən müvəqqəti olaraq, işdən azad edilib.

BBC-nin məlumatına görə, jurnalist kralın istəyi ilə cəzalandırılıb.

İnformasiyaya əsasən, jurnalist kralı Allahın 99 adından 22-cisi “əl-Həlim” (xoşrəftar) və “şadid əl-ikab” (şiddətli cəza verən) yazaraq, mədh edib.

Düzdür “şadid əl-ikab” Allah sifətlərindən sayılmasa da, bu ifadə ənənəvi Allahsızlığı təsvir edən epitetlərdən sayılır. Krallıq qaydalarına əsasən, hər iki ifadənin insanlara aid edilməsi arzuedilən deyil.

“Əl-Cəzirə” qəzetinin məşhur “Al-Jazeera” holdinqi ilə heç bir əlaqəsi yoxdur.