Korrupsiyaya görə saxlanılan şahzadələr sərbəst buraxıldı

Səudiyyə Ərəbistanında adı korrupsiya qalmaqalında hallandığına görə saxlanılan şahzadələr və iş adamları azad edilib.
 
Rus KİV-nə istinadən xəbər verilir ki, ötən ilin noyabrında Ər-Riyadda 5 ulduzlu “Ritz-Carlton” otelinə qapadılan şübhəlilər artıq məkanı tərk ediblər.  Bildirilir ki, otel fəaliyyətini fevralın 14-dən etibarən davam etdirəcək.
 
Xatırladaq ki, noyabrın 4-də korrupsiya əleyhinə keçirilən əməliyyatda 200 yüksək vəzifəli şəxs saxlanılmış, daha sonra onlardan 23-ü sərbəst buraxılmışdı.