Koronavirus xəstəsi evdə hansı dərmandan istifadə edə bilər?

Koronavirus xəstəsi evdə hansı dərmandan istifadə edə bilər?

TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva evdə istifadə olunan dərmanlarla bağlı koronaviruslu xəstələrə xəbərdarlıq edib.

AzTV-nin “Hədəf” verilişində danışan Y.Qarayeva sosial şəbəkələrdə adları çəkilən preparatlardan istifadənin yolverilməz olduğunu deyib:

“ Koronavirusun müalicəsi üçün artıq ölkəyə bir miqdarda “Favipiravir” gətirilib. Yenə də gətirilməsi planlaşdırılır. Apteklərdən alınan dərmanlarda isə çox ehtiyatlı olmaq lazımdır. Xüsusən sosial şəbəkələrdə cürbəcür dərman preparatlarının adları çəkilir. Çox ehtiyatla yanaşmaq lazımdır. Dərman preparatının xeyri olduğu kimi, ziyanı da var. Hər dərman preparatını ev şəraitində istifadə etmək olmaz.

 

Evdə vitamin preparatları istifadə oluna bilər. Pasiyentdə qızdırma olarsa, hərarəti salan dərman preparatları da evdə istifadə oluna bilər.

Antiviral dərmanlardan daha çox evdə istifadə olunan bir-iki preparat var.

Ancaq o biri preparatlar heç bir halda ev şəraitində istifadə olunmamalıdır”.

 

 

Facebook