Koronavirus məhdudiyyətləri quldarlığa bənzədildi

Koronavirus məhdudiyyətləri quldarlığa bənzədildi

ABŞ-ın baş prokuroru Uilyam Barr koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün tətbiq olunan məhdudiyyətləri pisləyib, evdə qalmaq tələbini və oxşar koronavirus yasaqlarını köləliklə – qaradərililərə qarşı qətl, təcavüz və oğurluq siyasətinə bənzədib.

Miçiqandakı Hillsdeyl Kollecində çıxış edən baş prokuror səhiyyə məmurlarının virusu cilovlamaq tədbirlərini quldarların qəddar davranışı ilə müqayisə edib: “Milli qapanma və evdə qalmaq üçün verilən əmr ev həbsinə bənzəyir. Bu, basqı xarakterli köləlik növü olmaqla yanaşı Amerika tarixində vətəndaş azadlığına edilən ən böyük müdaxilədir”

Uilyam Barr 2019-cu il fevralın 14-də baş prokuror (ədliyyə naziri) postuna təsdiqlənib.

2019-cu ilin dekabrında Çində üzə çıxan koronavirus xəstəliyi 215 ölkə, ərazi və məkana yayılıb, sentyabrın 18-dək 951 mindən çox adam ölüb. ABŞ-da 6,8 milyon adam infeksiyaya yoluxub, 202 mindən çox xəstə dünyasını dəyişib, 2,5 milyondan çox adam müalicə altındadır.

Dünyanın əksər ölkəsində koronavirus infeksiyasını cilovlamaq üçün karantin rejimləri tətbiq olunur.

Facebook