EURO : 1,8737 TRY : 0,2585 USD : 1,7 RUB : 0,0214
Konstitusiya Məhkəməsi seçki protokolları ilə bağlı məlumat yayıb

Konstitusiya Məhkəməsi seçki protokolları ilə bağlı məlumat yayıb

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə bağlı protokolların baxılmasına münasibət bildirib.

 

Konstitusiya Məhkəməsindən verilən məlumata görə, Azərbaycan Respublikası Milli Məclisinə keçirilmiş növbədənkənar seçkilərinə dair Mərkəzi Seçki Komissiyasının və dairə seçki komissiyalarının protokolları fevralın 26-da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə daxil olub.

 

Konstitusiya Məhkəməsinin Plenumu müvafiq prosedurları həyata keçirməklə qanunvericiliyin tələblərinə uyğun olaraq xüsusi konstitusiya icraatında seçkilərin nəticələrinə dair qərar qəbul edəcək.

 

İşin Plenumun hansı tarixə təyin edilməsi barəsində kütləvi informasiya vasitələrinə əlavə olaraq rəsmi məlumat veriləcək.

Facebook