Konqres Ukraynaya daha çox silah göndərilməsinə səs verəcək

Konqres Ukraynaya daha çox silah göndərilməsinə səs verəcək

Konqres Ukraynaya yeni yardım paketinə səs verəcək.
Rakurs.TV-nin “Wall Street Journal”a istinadən verdiyi xəbərə görə, Demokratlar Partiyasındakı mənbələr bildirib ki, “ABŞ Nümayəndələr Palatası yaxın vaxtlarda Ukraynaya yeni yardım paketinə səs verəcək”.
Qəzet yazır ki, Nümayəndələr Palatası bu həftə Ukraynaya təxminən 40 milyard dollarlıq yardım paketinə səs verməyi planlaşdırır.
“Wall Street Journal” bildirib ki, “paket Nümayəndələr Palatasında sadə səs çoxluğu ilə keçə bilər, lakin Senatda onun respublikaçıların dəstəyinə və ən azı 60 səsə ehtiyacı var”.

Facebook