Kommunal xidmətlərə güzəşt ediləcəkmi?

Kommunal xidmətlərə güzəşt ediləcəkmi?

Xüsusi karantin rejimində işsiz qalan, gəlirindən məhrum olanları narahat edən mövzulardan biri də kommunal xidmət haqları ilə bağlıdır. 
 
Onlar hökumətin güzəştini gözləyirlər. 
 
Toplum TV "Azəriqaz” İstehsalat Birliyi ilə əlaqə saxlayaraq abunəçilərə güzəşt tətbiq edilib-edilməyəcəyi ilə maraqlanıb. 
 
Qurumdan bununla bağlı qərarı hökumətin verə biləcəyini deyiblər. 
 
İqdisadçı deputat Vüqar Bayramov kommunal güzəştlərlə bağlı məsələlərin hələlik təklif formasında olduğunu bildirir: "Biz kommunal ödənişlərlə bağlı limitlərə baxılması və güzəşt limitinin artırılmasını təklif edirdik. Həm mavi qaz, həm eletrik enerjisi, eyni zamanda digər kommunal güzəşt limitinin artılılması bir tərəfdən imkan verir ki, vətəndaş güzəştli limitdən istifadə etsin, yəni az ödəniş etsin, digər tərəfdən bu imkan verir ki, kommunal xidmətləri həyata keçirən qurumlar da gəlir əldə edə bilsin”. 
Deputat güzəşt limitinin artırılmasını həm vətəndaşların xərclərinin azaldılması, həm də dövlət qurumlarının gəlirlərinin müəyyən səviyyədə qorunub saxlanılması baxımından uyğun hesab edir: "Artıq bununla bağlı rəsmi açıqlamalarda da kommunal xidmətlərlə bağlı limitlərə baxılacağı, güzəşt limitinin artırılacağı qeyd olunur. Həmin təkliflərin qəbul olunması vətəndaşlarımızın daha çox güzəştli, yəni aşağı tarifli kommunal xidmətlərdən istifadəsini müşahidə edə bilərik”.
 

Facebook