Kolumbun heykəlini uçurdular

Nyu-Yorkda Xristofor Kolumbun heykəli sökülüb.

Rus mətbuatına istinadən verilən məlumata görə, görkəmli səyyahın parkda yerləşən büstü naməlum adamlar tərəfindən uçurdulub. Heykəlin piedestalını götürüblər, bundan sonra heykəl iki hissəyə bölünüb.

Polis məsələ ilə bağlı hər tərəfli araşdırma aparılacağını açıqlayıb. Uşaqların heykəlin sökülməsində əli olduğu düşünülür.

Xristofor Kolumbun heykəlinin “rasizmin simvolu” olduğuna görə söküldüyü iddiası da gündəmdədir.