Koçaryan: Azərbaycanda mənim həbsimə sevinəcəklər

Bu, uydurma, tamamilə uydurma ittihamdır. Bu barədə "Yerkir Media" teleşirkətinə müsahibəsində Ermənistanın ikinci prezidenti Robert Koçaryan bildirib.

"Azərbaycanda yaşanacaq sevinci təsəvvür edirəm. Onlara belə bir hədiyyə edin! Mən xüsusi olaraq ifadə vermək üçün gəlmişdim. Statusumu dəyişdirən kimi ifadə verməməyə qərar verdim, çünki ittihamı oxuduqda heyrətə gəldim, 37-ci il gəlir.

Mənim həbsim ən çox ehtimal olunan ssenaridir", deyə o qeyd edib.

Şengavit ümumi dairəsinin məhkəməsi səhər saatlarından Ermənistanın ikinci prezidenti Robert Koçaryanın həbsi haqqında vəsatətə baxır. Keçmiş prezidentin vəkilləri bildirib ki, Koçaryan məhkəmə iclasına gəlməyib, çünki hələ gündəliyi almayıb. Vəkillər bildiriblər ki, məhkəmə iclasının təxirə salınması haqqında vəsatət verəcəklər.