Kobud şəkildə qayda pozan sürücü özünü haqlı bilərək səs-küy saldı - VİDEO

Kobud şəkildə qayda pozan sürücü özünü haqlı bilərək səs-küy saldı - VİDEO

Sürücülərin əks istiqamətdə hərəkət edərək təhlükə yaratdığı anlar digər bir avtomobildə quraşdırılmış videoqeydiyyatçıya düşüb.

Rakurs.tv xəbər verir ki, hadisə may ayının 16-da Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsində baş verib.

90-KN-219 dövlət nömrə nişanlı, "VAZ 21015" markalı və 20-BT-057 dövlət nömrə nişanlı, "Mercedes" markalı avtomobilin sürücüsü əks istiqamətdə çıxmaqla qaydaları kobud şəkildə pozublar. "VAZ 21015" markalı avtomobilin sürücüsü qarşıdan gələn nəqliyyat vasitəsini görüb öz zolağına qismən qayıtsa da, "Mercedes"in sürücüsü yolu kəsərək dayanır.

Bununla belə, özünü "haqlı" hesab edərək əl-qolunu yellədərək etiraz edir. Digər sürücüyə sağ zolaqla hərəkət etməli olduğunu deyir. Sürücü isə izah edir ki, həmin zolaq sağa dönənlər üçündür və onun hərəkəti düzünədir.

Videonu təqdim edirik:

Facebook