Kənd Təsərrüfatı Nazirliyi yarmarkaya hazırlaşır

Kənd Təsərrüfatı Nazirliyi yarmarkaya hazırlaşır

Kənd Təsərrüfatı Nazirliyi yanında "Aqrar Tədarük və Təchizat" ASC Bakıda və ölkənin regionlarında Yeni il ərzaq və kənd təsərrüfatı məhsulları yarmarkalarına hazırlıq çərçivəsində qiyməti yarım milyon manatdan artıq olan çadır və köməkçi avadanlıqlar alıb.

Dövlət satınalmaları reyestrinin məlumatına əsasən, müqavilə dekabrın 3-də “Sivu” şirkətinə verilib. Alınan ləvazimatların qiyməti 502,4 min manat (295,5 min dollar) həcmində qiymətləndirilib. Dekabrın 2-də keçirilən açıq tenderin qalibi növbəti gün elan edilib. İddiaçılar qarşısında yeganə şərt tender təklifinin dəyəri olub.

Facebook