Klintona qarşı araşdırma başladı – Banqladeş olayı

ABŞ-ın keçmiş dövlət katibi Hillari Klintona qarşı araşdırma başladılıb.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ Senatının Hüquq Komitəsinin sədri Çak Qrasli söyləyib. O, Klintona qarşı cinayət işinin onun Banqladeşdə öz ailə dostları və Klintonlar Fondunun sponsoru Məhəmməd Yunusa qarşı cinayət işinin başladılmasına maneə yaratdığına görə başladıldığını bildirib. Belə ki, Klinton Yunusa qarşı korrupsiya ittihamlarının araşdırılmasına Dövlət Departmentinin rəhbəri olduğu zaman mane olub.

“Klinton öz tabeliyində olanlara Banqladeş Baş naziri Şeyx Hasin Vazedə və oğlu Sacebə təsir etməyi tapşırıb. Amerikalı diplomatlar Sacebi ABŞ-dakı fəaliyyətini vergi auditinə məruz qoyacaqları ilə təhdid ediblər”, – deyə Qrasli bildirib.