Kilsədə cümə namazı qılındı, iftar süfrəsi açıldı – Fotolar

Mübarək Ramazan ayı münasibətilə Avstraliyanın Anglican St. Paul kilsəsində cümə günləri “Cümə” namazı qılınır və iftar süfrəsi təşkil olunur. 
 “ABC”-yə istinadən verilən xəbərə görə, Qərbi Avstraliya ştatının paytaxtı Pert şəhərində yerləşən Anglican St. Paul kilsəsi, ötən gün cümə namazı və iftar süfrəsi üçün müsəlmanlara ev sahibliyi edirdi.
Mübarək Ramazan ayının əvvəlindən cümə günləri kilsədə cümə namazı qılınır, xristianlar və müsəlmanlar üçün birgə iftar süfrəsi təşkil olunur.
Bu ənənə Ramazan ayının sonundək davam edəcək.