Kılıçdaroğlu şəhid ailəsini məhkəməyə verdi - Fotolar

Türkiyənin CHP Partiyasının lideri Kamal Kılıçdaroğlu Samsun şəhərində yaşayan bir şəhid ailəsini məhkəməyə verib.

Publika.az xəbər verir ki, buna səbəb liderin göndərdiyi gül çələngini ailənin qəbul etməməsi olub.

Şəhid Ramazan Taşkının ailəsi K.Kılıçdaroğlunun yas mərasiminə göndərdiyi çələngi rədd edərək “HDP ilə işbirliyi edənlərin bizə heç bir şeyi lazım deyil” deyib və çələngi boş bir yerə atıblar. Ətrafdakı vətəndaşlar də bu reaksiyanı alqışlarla qarşılayıb. Bu hərəkəti həzm edə bilməyən CHP lideri də ailəni “mala zərər vermək” iddiası ilə məhkəməyə verib.

Liderin şikayəti üzərinə açılan məhkəmə prosesi çərçivəsində şəhidin yaxını Fatih Taşkın şübhəli qismində ifadəyə çağırılıb.