Keçmiş prezidentin qızı həbs edildi

Ona 6 maddə üzrə ittiham irəli sürülüb

Özbəkistanın Baş Prokurorluğu ölkənin keçmiş prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın həbsi haqqında məlumat yayıb.

Məlumatda deyilir ki, 2013-cü ilin oktyabrın 24-də vergidən yayınmaya görə “Terra qroup”, “Prime media” və “Qamma promotion” şirkətlərinə qarşı cinayət işi qaldırıldı.
 
İstintintaq bu şirkətlərin Gülnarə Kərimovanın rəhbərliyi altında fəaliyyət göstərdiyini aşkar etdi.
Araşdırmalar nəticəsində Gülnarə Kərimobanln dövlətə və vətəndaşlara 1 milyard 658 milyon dollar, 26 milyin avro ziyan vurması müəəyyən edildi. 2015-ci ildə Daşkənd məhkəməsi onun haqqında ev dustaqlığına məhkumetmə qərarı çıxartdı.
 
İstintaq eyni zamanda cinayətkar qrupun dünyanın 12 ölkəsində 1 milyard 394 milyon dollar, 63 milyon avro, 27 milyon funt sterling, 18 milyon məbləğində olan aktivlərini aşkar etdi.
 
Müəyyən edilmiş faktlara əsasən Gülnarə Kərimovaya qarşı Cinayət Məcəlləsinin 168,178,182,189,228 və 243-cü maddələri üzrə cinayət işi qaldırılmış və haqqında həbs qətiimkan tədbiri seçilmişdir.
 
Azadliq.info