Keçmiş nazir yeni vəzifəyə təyin olundu

Keçmiş rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasov Azərbaycan Milli Elmlər Akademiyasında yeni vəzifəyə təyin olunub.

Bunu AMEA-nın Rəyasət Heyətinin iclasında akademiyanın prezidenti, akademik Akif Əlizadə deyib.

O bildirib ki, Ə.Abbasov AMEA-da müşavir vəzifəsinə təyin edilib.