Keçmiş məhkumu daşla vurub öldürdülər

Keçmiş məhkumu daşla vurub öldürdülər

Şamaxı rayon Polis Şöbəsinə mayın 14-ü saat 01:00 radələrində şəhər ərazisində rayon sakini, əvvəllər məhkum olunmuş Şəfayət Hacıyevin daşla vurularaq öldürülməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla Ş.Hacıyevin aralarında yaranmış münaqişə zəminində M.Rizvanov tərəfindən daş və bıçaqla öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Şamaxı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Rizvanov “isti izlər”lə tutularaq istintaqa təhvil verilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Facebook