Kasilyas evə buraxıldı - FOTO

Mayın 1-də məşq zamanı infrakt keçirdiyi üçün xəstəxanaya yerləşdirilən "Portu"nun qapıçısı İker Kasilyas evə buraxılıb.

 

Müalicəsini tamamlayan ispaniyalı futbolçu açıqlamasında bunları deyib: "Mənə göstərilən sevgiyə görə hər kəsə təşəkkür etmək istəyirəm. Hamının başına gələ biləcək hadisə bir neçə gün əvvəl mənə oldu. İndi bir neçə həftə və ya ay gözləmək lazımdır. Gələcəkdə nə baş verəcəyimi bilmirəm, ən önəmlisi indi burda olmaq və rahatca danışa bilməkdir".