Kartof istehsalı da azaldı

Cari il sentyabr ayının 1-nə kimi tarlalardan 707,5 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 3,7 faiz az kartof, 1057,6 min ton (7,3 faiz çox) tərəvəz, 400,8 min ton (7,9 faiz az) bostan məhsulları toplanıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hektarın orta məhsuldarlığı kartof üzrə 2 sentner, tərəvəz üzrə 22 sentner, bostan məhsulları üzrə 7 sentner artaraq, müvafiq olaraq 150, 170 və 176 sentner olub.