Kanalizasiya quyusundan 5 erməninin meyiti tapıldı

Rusiyada kanalizasiya quyusunda işləyən beş Ermənistan vətəndaşı ölüb. Bu barədə Rusiya Federasiyasının FHN xilasetmə xidməti məlumat yayıb. Qeyd olunub ki, Ufa şəhərində kanalizasiya quyusunda işləyərkən Kamo Petrosyan (1983-ci il təvəllüdlü), Merujan Afanikov (1962-ci il təvəllüdlü), Surik Afanikov (1981-ci il təvəllüdlü), Robert Akopyan (1962-ci il təvəllüdlü) və Rafiq Qriqoryan (1989-ci il təvəllüdlü, Rusiya vətəndaşı) həlak olublar.

Robert Melkonyan isə (1973-ci il təvəllüdlü) Ufa şəhər xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Onların hansı səbəbdən öldüyü barədə məlumat açıqlanmayıb.

azvision.az