“Kanal13”ün müxbiri qəzaya düşdü

“Kanal13”ün müxbiri qəzaya düşdü

Quba-Xaçmaz yolunun Qubanın Timiryazev kəndindən keçən hissəsində ağır qəza baş verib.

“Qafqazinfo” xəbər verir ki, Quba tərəfdən gələn “Mercedes” markalı avtomobil Timiryazev kəndindən əsas yola çıxmaq istəyən “VAZ-2106” markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində “VAZ-2106”da olan “Kanal13”ün müxbiri, 1958-ci il təvəllüdlü Tosoyev Binəli Adil oğlu və adı hələlik məlum olmayan sürücü deformasiyaya uğramış maşında sıxılıb qalıblar. Onları avtombildən çətinliklə də olsa çıxarmaq mümkün olub.

Hər iki yaralı Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Sağ ayağın və qabırğaların sınığı, baş beyin sirkələnməsi diaqnozu qoyulan Binəli Tosoyevin vəziyyəti ağır olduğu üçün onu Bakıdakı xəstəxanalardan birinə göndəriblər. Sürücü isə Qubada reanimasiya şöbəsində müalicə alır.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.

Facebook