Kanada Ukraynaya hərbi yardım göndərir

Kanada Ukraynaya hərbi yardım göndərir

Kanada Ukraynaya hərbi yardım ayırmağı planlaşdırır.

“RİA Novosti”yə istinadən xəbər verilir ki, bunu Kanadanın milli müdafiə naziri Harcit Sacan bəyan edib. Onun sözlərinə görə, 2019-cü ilin martına qədər Ukraynaya 7,2 mln. dollar hərbi yardım ayrılacaq: “Hərtərəfli dəstək proqramı çərçivəsində Ukrayna ordusuna artıq 16 milyon dollar dəyərində hərbi avadanlıq ayrılıb. 2019-ci il martın sonunadək  isə 7,25 milyon dollarlıq ləvazimat ölkəyə göndəriləcək”.

Nazirin sözlərinə görə, Kanada öz tərəfdaşları ilə birgə təhlükəsiz, demokratik və uğurlu Ukraynanın inkişafı üçün çalışır.  

Facebook