Kabildə törədilən partlayışda 26 nəfər ölüb

Martın 21-də Kabildə şiə məscidi qarşısında intiharçı hücumu törədilib, azı 26 nəfər öldürülüb, 18 nəfər yaralanıb. Məlumatı Əfqanıstanın Daxili İşlər Nazirliyi yayıb. Nazirlikdən Azad Əfqanıstan Radiosuna bildirilib ki, ölənlərin çoxu dinc sakinlərdir.
 
Hücum Kabildə Novruz şənlikləri keçirildiyi bir vaxtda törədilib.
 
İntiharçı Kart-e Sakhi məscidinə girmək istərkən polis onu aşkarlayıb. Bu səbəbdən partlayıcını məscidə girməmişdən partladıb.
 
Partlayış vaxtı adamlar məsciddən çıxırmışlar.
 
Bu məsciddə daha öncə də yaraqlı hücumları törədilib.
 
Hələlik, hücuma görə məsuliyyəti götürən olmayıb. Amma Taliban və İslam Dövləti qruplaşması yaraqlıları son aylar Kabildə hücumların sayını artırıblar.