Jurnalistlər alpinistlərin axtarışında...

Fövqəladə Hallar Nazirliyi bir qrup jurnalisti Qubaya aparıb.

“Qafqazinfo” xəbər verir ki, səfərin təşkilində məqsəd itkin düşən alpinistlərin axtarış prosesi ilə yerində tanış olmaq və bunun ictimaiyyətə çatdırılmasını təmin etməkdir.

Səfər edənlərin arasında “Qafqazinfo”nun da əməkdaşı var. 

Xatırladaq ki, “Gilavar” idman klubunun 3 üzvü - 1983-cü il təvəllüdlü Namin Bunyatov, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadə dekabrın 23-dən dağlarda itkin düşüblər.