Jurnalistin qətli Daxili İşlər nazirinin istefasına səbəb oldu

Slovakiyanın daxili işlər naziri Robert Kalinak istefa verdiyini deyir. Səbəb araşdırmaçı jurnalistin qətlindən sonra yaranmış siyasi gərginlikdir.

Kalinak açıqlamanı martın 12-də verib. O, koalisiyanın kiçik tərəfdaşı olan Most-Hid (Körpü) qrupunun tələblərini qəbul edib. Qrup baş nazir Robert Fico-dan tələb edirdi ki, günün sonunadək yaxın müttəfiqini vəzifədən kənarlaşdırsın.

Jurnalist Jan Kuciak və nişanlısı fevralın sonunda qətlə yetirilib. Bu iş üzrə istintaqda irəliləyiş olmadığını deyənlər küçə etirazlarına çıxıb.

moderator.az