Jurnalist Nicat Əliyev həbsdən azad olundu - FOTO

Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin 2 saylı cəzaçəkmə müəssisəsində icra olunub.

 

Rakurs.tv-nin verdiyi məlumata görə, bu müssisədə 31 məhbusa buraxılış arayışları təqdim edilib. Həbsdən azad edilənlər arasında "Azadxəbər"saytının baş redaktoru Nicat Əliyev də var. O, 10 il müddətinə azadlıqdan məhrum edilmişdi.

 

Qeyd edək ki, sərəncam, ümumilikdə, 431 nəfərə şamil edilib.