Jurnalistə hökm qərarı gələn həftəyə qaldı

Şəki Ağır Cinayətlər Məhkəməsində Azadliq qəzetinin bölgə müxbiri Elçin İsmayıllının məhkəmə prosesi keçirilib. Vəkillər Elçin Sadıqov və İslam İsmayılov müdafiə çıxışında işin qurama və sifarişli olduğunu bildirərək bəraət hökmü çıxarılmasını istəyib.

Elçin İsmayıllı da məhkəmədə son söz deyib. Həbsinin jurnalist fəaliyyəti ilə əlaqəli olduğunu deyib.

Hökmün elan olunması sentyabrın 18-nə təxirə salınıb.

Məhkəmə başlanan zaman hakim Rəşid Hüseynov vəkil Elçin Sadıqovu hədələyib. Məhkəmə zalından reportaj hazırlayan əməkdaşımızı isə qeydlər etdiyi üçün zaldan uzaqlaşdırıb.