Jurnalist Fikrət Fəraməzoğlu azad olunub

Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin 2 saylı cəzaçəkmə müəssisəsində icra olunub.

 

Bu müssisədə 31 məhbusa buraxılış arayışları təqdim edilib.

 

Onların arasında NİDA Vətəndaş Hərəkatının üzvü Qiyas İbrahimov və jurnalistlər Fikrət Fəraməzoğlu ilə Nicat Əliyevin də adları var.

 

Rakurs.tv-nin məlumatına görə, həbsdən buraxılan Fikrət Fəraməzoğlu jurnalistlərə açıqlamasında, "bir akademiya idi, keçdik buranı da. Həbs düşündüyümüz qədər də əksik bir şey deyil, insana çox şey öyrədən yerdir. Düşünün ki, 2 il 9 ay akademiya oxumuşam", - deyə bildirib.

 

Qeyd edək ki, sərəncam, ümumilikdə, 431 nəfərə şamil edilib.