Jurnalist Arzu Abdullanı döyən polis əməkdaşları ilə bağlı Baş Prokurorluğa müraciət edildi - Foto

Sentyabr ayının 19-da Azərbaycan İslam Partiyasının keçirilməsi nəzərdə tutulan 25 illik yubiley tədbirinin polis zorakılığı ilə qarşsının alınması barədə xəbər vermişdik

Həmin vaxtdı ərazidə baş verən hadisələri lentə almaq istəyən jurnalistlərə qarşı da Binəqədi rayon polis idarəsinin əməkdaşları tərəfindən zorakılıq edilmişdi. Zorakılığa məruz qalan jurnalistlərdən biri də Vetenugrunda.az saytının əməkdaşı Arzu Abdulla idi. Arzu xanımın bildirdiyinə görə, öz peşə fəaliyyətini yerinə yetirərkən polis əməkdaşları ona qarşı nalayiq ifadələr işlədib və ona qarşı fiziki güc tətbiq ediblər. Hətta sonucda onu vuraraq telefonunu əlindən alıblar. Artıq aldığı bədən xəsarətləri ilə bağlı ilkin tibbi ekspertizadan keçən jurnalist xanımın xəsarət aldığı təsdiqlənib. Baş verənlərlə bağlı jurnalistin vəkili Cavad Cavadov Baş Prokurorluğa rəsmi müraciət ünvanlayaraq jurnalistə xəsarət yetirən polis əməkdaşlarının cəzalandırılmasını istəyib.

Arzu Arzu Abdull Abdulla adlı şəxsin şəkli.

Jurnalistin telefonunu əlindən alan və təhqir edən polis əməkdaşı