Jurnalist Aqil Ələsgər sərbəst buraxıldı

Xəbər verdiyimiz kimi, dünən "Yeni Çağ” Media Qrupunun rəhbəri, jurnalist Aqil Ələsgərin yoxa çıxdığı barədə məlumat yayılmışdı. Ailəsi jurnalistin naməlum şəxslər tərəfinfən oğurlandığını iddia edirdi.

Amma sonradan Mətbuat Şurasının sədri Əflatun Amaşovun araşdırması nəticəsində məlum oldu ki, jurnalist Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. 

Artıq Aqil Ələsgər artıq sərbəst buraxılıb.

Bu barədə onun  yaxın dostu Toğrul Allahverdili Facebook səhifəsində yazıb.

“Dostlar, narahat olmayın!. Aqil Ələsgərlə bağlı bütün narahatlıqlar geridə qaldı. O, artıq evindədir”.

Aqil Ələsgərin saxlanılmasının səbəbləri barədə hələ ki məlumat verilmir.

modern.az