Jurnalistə 30 sutka həbs cəzası verildi

Jurnalistə 30 sutka həbs cəzası verildi

Qazaxda yaşayan jurnalist Nicat Əmiraslanov mayın 22-də polis tərəfindən saxlanılıb. Bu barədə yaxınları sosial şəbəkədə məlumat paylaşıblar. 

Rakurs TV-nin məlumatına görə, bu gün Qazax rayon məhkəməsinin qərarı ilə 30 sutka azadlıqdan məhrum edilib. Jurnalist İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisə tabesizlik) maddəsilə təqsirli bilinib. Yaxınları isə onun "facebook" sosial şəbəkəsində etdiyi paylaşımlara görə həbs olunduğunu iddia edir.