İTV-nin rəhbəri istefa verdi

Mayın 11-də İctimai TV Yayım Şurası telekanalın baş direktoru Cəmil Quliyevin istefasını qəbul edib.
 
C.Quliyev öz müraciətində səhhətilə bağlı problemlərinin olduğunu bildirərək tutduğu vəzifədən azad olunmasını xahiş edib, İTV-nin məlumatında deyilir.
 
Mənbənin məlumatına görə, Yayım Şurasının iclasında Balaş Qasımov İTV-nin yeni rəhbəri seçilib.
B.Qasımov uzun illər Rusiyanın "Nə? Harada? Nə vaxt?" proqramının nümayəndəsi olub. Həmçinin bədii və sənədli filmlərə prodüserlik edib.
 
Turan