İtkin düşən azərbaycanlılar matros imiş

Yapon dənizində Rusiyaya məxsus itkin düşmüş “Vostok” balıqçı gəmisindəki azərbaycanlıların vəzifəsi məlum olub.

Rusiya KİV-ə istinadən verilən  məlumata görə,  Ruslan Əlizadə və Mübariz Hüseynov gəmidə matoros vəzifəsində işləyirmişlər.

Xatırladaq ki, Rusiyanın Primorsk diyarında balıqçı gəmisi yoxa çıxıb.

İlkin məlumata əsasən, gəmidə 21 heyət üzvü olub. Onlardan ikisi azərbaycanlıdır.