İtkin düşən alpinistin doğum günüdür - Foto

Bu gün “Gilavar” - hava və ekstrim idman klubunun itkin düşən 3 üzvündən biri olan Cəbrayılzadə Fəridə Zəbiyulla qızının ad günüdür.

Axar.az xəbər verir ki, 1991-ci il təvəllüdlü Fəridə Masallı rayonunun Şərəfə kəndində anadan olub. Peşəkar alpinist olan Fəridə həm də fotoqraf kimi də tanınır. O, ötən il “Atlas Travel”in təşkil etdiyi “Qış nağılı” fotomüsabiqəsində birinci yerə çıxıb.

Qeyd edək ki, dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağ istiqamətində yürüşə çıxmış “Gilavar” hava və ekstrim idman klubunun 3 üzvü - Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə geri qayıtmayıb və onlarla əlaqə kəsilib. Onların axtarışları davam etdirilir.