İtaliya klubunun 5 futbolçusunda koronavirus aşkarlanıb

İtaliya klubunun 5 futbolçusunda koronavirus aşkarlanıb

İtaliyanın "Sampdoriya" klubunun 5 futbolçusuna koronavirus diaqnozu qoyulub.

 

Rakurs.tv-nin məlumatına görə, bunlar müdafiəçi Omar Kolli, yarımmüdafiəçi Olbin Ekdal, cinah oyunçusu Morten Torsbyu, eləcə də hücumçular Manolo Qabbyadini və Antonio La Quminadır. Onların hamısından götürülmüş test müsbət nəticə verib. 

 

Daha əvvəl "Yuventus"un müdafiəçisi Daniele Ruqanidə də infeksiya aşkarlanıb. Turin klubu futbolçunu onunla təmasda olmuş bütün şəxslərdən izolyasiya edib. Hücumçu Paulo Dibalanın da yoluxması xəbəri isə təsdiqlənməyib. 

Facebook