İstanbulda yüzlərlə insan Qüds aksiyasına qoşuldu - Foto

Eastnews.org-un verdiyi xəbərə görə, iyulun 30-da Türkiyənin İstanbul şəhərində yüzlərlə insanın iştirakı ilə mitinq keçirilib.  

Mitinqdə polis xüsusi təhlükəsizlik tədbirləri həyata keçirib. Səadət partiyasının sədri Təməl Qaramollaoğlu mitinqdə belə çıxış edib: “Qüds müsəlmanlar üçün xüsusi yerə malikdir. Ora Peyğəmbərimizin meraca qalxdığı məscidin yerləşdiyi şəhərdir. Qüds haqqa açılan qapı, zülmə müqavimət simvoludur. Qüdsdəki Əqsa məscidi ilk qibləmizdir. Hər şeydən əvvəl müsəlmanların ortaq ruhu və dəyəridir”. Nümayişçilər mitinqdə “İsrailə ölüm”, “İsrail axıtdığı qanda boğulacaq” şəklində şüarlar səsləndiriblər.