İstanbulda amerikalı jurnalistin meyiti aşkarlanıb

İstanbulda amerikalı jurnalistin meyiti aşkarlanıb

Türkiyənin İstanbul şəhərində ABŞ vətəndaşı olan jurnalist Andre Vlçekin meyiti tapılıb.

Rakurs.tv "Habertürk"ə istinadən xəbər verir ki, jurnalistin meyiti sentyabrın 22-də səhər saatlarında şəhərin Beyoğlu rayonunun Karaköy məhəlləsindəki mehmanxananın qarşısında avtomobilində aşkarlanıb.

Bildirilib ki, 57 yaşlı Andre Vlçek Rusiyada doğulub. O, həyat yoldaşı Rosse İndira Vlçek və iki sürücü ilə birgə 9 gün Türkiyənin Samsun şəhərində qalıblar. Oradan isə kirayə götürdükləri “VİP” xidmət avtomobili ilə İstanbula yola düşüblər.

Jurnalistin ölüm səbəbi məlum deyil. Polis hadisə ilə bağlı araşdırma aparır.

 

Facebook