İsrailli hərbçilər iki fələstinlini güllələdi

Eastnews.org-un verdiyi xəbərə görə, ötən gecə İsrail rejimi hərbçiləri fələstinlilərin İordan çayının qərb sahilində yerləşən Cənin qaçqınlar düşərgəsinə soxulub. 

Qaçqınlar düşərgəsinə daxil olan işğalçı rejim əsgərləri iki fələstinlini qətlə yetirib. 21 yaşlı fələstinli başından aldığı güllə yarasından yerindəcə keçinib, digər 17 yaşlı gənc isə xəstəxanada həyatını itirib.  

Xatırladaq ki, İsrail rejimi hərbçiləri mütəmadi olaraq qanunsuz reydlər keçirərək fələstinli gəncləri müxtəlif bəhanələrlə qətlə yetirir.