İsraili tanıyan ilk müsəlman ölkə

İsraili tanıyan ilk müsəlman ölkə Türkiyə olub.

Teleqraf.com xəbər verir ki, Türkiyə 1949-cu ilin 28 martında İsrail dövlətini rəsmən tanıyıb.

İsrail dövləti 1948-cu il, mayın 1-də elan olunmuşdu. O dövrdə Türkiyədə Cümhuriyyət Xalq Partiyası hakimiyyətdə idi. 28 mart 1949-cu ildə Türkiyə Nazirlər Kabinetinin qərarı ilə müstəqil İsrail dövləti rəsmən tanınıb.

Həmin dövrdə İsmət İnönü Türkiyə prezidenti, CHP isə iqtidar partiyası olub. Ölkənin baş naziri Şəmisəddin Gunaltay həm islamçı, həm də türkçü kimi qəbul olunurdu.

İsrailin müstəqil dövlət kimi Türkiyə tərəfindən tanınmasından və əlaqələrin yaranmasından az sonra çoxlu sayda yəhudi Türkiyədən İsrailə köç edib.

İsrail-Türkiyə əlaqələri Demokrat Partiyasının hakimiyyəti illərində daha da güclənib. 1950-ci ildə iki ölkə arasında ticari əlaqələr qurulub.
Qeyd edək ki, hazırda İsrail-Türkiyə münasibətləri özünün ən gərgin dövrünü yaşayır.