İsraildən Türkiyəyə gedən sərnişinlərə mesaj gəldi - uçuş ləğv edildi

İsraildən Türkiyəyə gedən sərnişinlərə mesaj gəldi - uçuş ləğv edildi

Türkiyəyə gedən sərnişinlərin telefonlarına təyyarə qəzası fotoşəkilləri göndərilib.

İsrailin Ben Qurion hava limanından Türkiyəyə uçmaq üçün havaya qalxan təyyarədə panika yaşanıb. 

Uçuşa az qalmış sərnişinlərin telefonlarına təyyarə qəzası fotoşəkilləri göndərildikdən sonra təyyarə uçuş-enmə zolağından geri qayıdıb.

İsrail Mülki Aviasiya Təşkilatı İsrail mətbuatında hadisə ilə bağlı açıqlama verib:

"Təyyarə terminala geri döndü və təhlükəsizlik qüvvələri sərnişinlərin təhlükəsizliyi üçün lazımi tədbirlər gördü. Sərnişinlər və onların baqajı üzərində yoxlamalara başlanıldı”. 

Görüntüləri kimin və ya kimlərin göndərdiyi barədə məlumat verilməyib.

Facebook