İsraildə Netanyahuya qarşı kütləvi nümayişlər davam edir

İsraildə Netanyahuya qarşı kütləvi nümayişlər davam edir

Təl-Əviv və Hayfada etirazçılar toplaşaraq İsrailin baş naziri Benyamin Netanyahuya qarşı nümayiş keçiriblər.

İsrail mediası nümayişçilərin sayının on minlərlə olduğunu təxmin edir. Ötən şənbə günü təkcə Təl-Əvivdə Netanyahuya qarşı keçirilən nümayişdə ən azı 110 min etirazçı iştirak edib.

Yüz minlərlə narazı insan ifrat sağçı İsrail kabinetinin ekstremizminə, qeyri-qanuni hərəkətlərinə etiraz olaraq küçələrə axışır. Onlar Likud partiyası və onun müttəfiqləri devrilənədək etirazları davam etdirmək niyyətində olduqlarını bildirirlər.

Benyamin Netanyahunun başçılıq etdiyi yeni Təl-Əviv kabinetinin bu ayın 4-də bu rejimin “məhkəmə sistemində islahatlar” planını təqdim etməsindən sonra Netanyahuya qarşı nümayişlər və partiyaları arasında fikir ayrılıqları artıb. İllərdir korrupsiya, rüşvətxorluq və etibara xəyanət ittihamları ilə mühakimə olunan Netanyahu “məhkəmə hərbi islahatı” adı altında bu rejimin ədliyyə nazirinin köməyi ilə öz mühakiməsini ləğv etmək niyyətindədir.

Facebook