İsrail zindanlarında aclıq asiyası başlayıb

Türkiyə mediasına istinadən xəbər verilir ki, maaşları kəsilən məhbusların mətbuat katibi Mənsur Şəmasinə Ramallahda etdiyi mətbuat açıqlamasında, İsrail həbsxanalarındakı məhbusların Fələstin rəhbərliyinin maaşlarını kəsməsinə etiraz etmək üçün bu gündən etibarən sərbəst qalanlarla birlikdə müddətsiz aclıq aksiyasına qoşulduğunu bildirib.

Şəmasinə açıqlamasında, "Fələstin rəhbərliyi qanunlara görə haqqımız olan maaşları 3 aydır ki, bizlərə ödəmir",- deyib.

Fələstin rəhbərliyi 2011-də İsraillə aparılan əsir mübadiləsində sərbəst buraxılan 300 fələstinlinin maaşını kəsmişdi. Maaşı kəsilən 50 fələstinli isə hələ də İsrail həbsxanalarındadır.

Sərbəst buraxılan fələstinlilər isə ötən şənbə maaşlarının ödənməsi tələbilə müddətsiz aclıq aksiyasına başlamışdı.