İsrail Türkiyə vətəndaşlarını həbs etdi

Qüdsdəki Türkiyə konsulluğunun sərt reaksiyasından sonra türklər azadlığa buraxılıb

Müsəlmanlar üçün müqəddəs məkan sayılan Əl-Əqsa məscidini ziyarət edən 6 nəfər türk vətəndaşı İsrail polisi tərəfindən saxlanılıb.

“Timeturk”ə istinadən xəbər verilir ki, polis cümə namazından sonra onları nəzarətə götürüb. Türklər sorğu-sual olunmaq üçün şöbəyə aparılıblar. 

İsrail polisinin hansı səbəbə onları həbs etməsi hələ də müəmmalıdır.

Qüdsdəki Türkiyə konsulluğunun sərt reaksiyasından sonra türklər azadlığa buraxılıb.