İsrail Suriya ərazisinə hava zərbəsi endirdi

İsrail Suriya ərazisinə hava zərbəsi endirib

Bu barədə Suriya mətbuatı məlumat yayıb. Məlumatda İsrailin Pilotsuz Uçuş Apartının (PUA) Suriya əsgərlərini hədəfə aldığı bildirilir. Hava zərbəsi hazırda İsrailin idarə etdiyi Golan təpələrindən endirilib. 

Suriya mətbuatı hava zərbəsinin hökumət qüvvələrinin İŞİD-ə qarşı döyüşdüyü əsnada gerçəkləşdirilməsinə diqqət çəkib.

Ölən və yaralananlar barədə məlumat verilməyib.

Bundan əvvəl bir neçə dəfə də, İsrail Suriya ərazisinə hava hücumları edib. Sonuncu belə hücum aprelin 26-da Şam Beynəlxalq Hava Limanının cənubunda yerləşən Suriya hərbi bazalarına edilmişdi.